-
- 29-03-2024, 13:18
- 832
Azərbaycanda pensiya yaşı azaldılır?
Azərbaycanda pensiya yaşı azaldılsın.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev təklif edib.
Deputat bildirib ki, pensiya yaşı kişilər üçün 62, qadınlar üçün 60 yaş müəyyən edilsin:
«Azərbaycanda bir çox şəxs pensiya yaşına çatmadan ölür. Onlara lazımi tibbi-sosial təminat verə bilmirik. Azərbaycanda insanlar pensiya yaşına çatmağa az qalmış ölür. Pensiya yaşına bir neçə ay qalmış ölən şəxslərə dəfn pulu verilmir. Pensiyta yaşına 5 il qalmış dünyasını dəyişən şəxslərə də dəfn pulu verilməsini təklif edirəm».
Qumral