-
- 29-03-2024, 13:50
- 282
"Elə jurnalist var ki, 20 ildi eyni saytda işləyir..."
Dövlət istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın, ipotekadan yararlana bilsin. Ancaq baxanda yalnız dövlət qulluğunda çalışanlar ipoteka krediti ala bilir. Bərbər, qaynaqçı, çilingər və s. heç biri ipoteka ala bilmir.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, indiyə qədər cəmi 3 jurnalist ipoteka krediti ala bilib:
«Elə jurnalist var ki, 20 ildi eyni saytda işləyir, ancaq ipotekaya gələndə ala bilmir. Bu məsələlərə diqqət yetirilməlidir».
Qumral