Ramiz Mehdiyev özü barədə iddiaya cavab verdi
    • 29-03-2024, 13:59
    • 276

Ramiz Mehdiyev özü barədə iddiaya cavab verdi

Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. İddiaya görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilib, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd olunub.

News24.az manset.az-a istinadla xəbər verir ki, Ramiz Mehdiyev məlumatı xəbəri təkzib edib:

"Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır".