Erkan Petekkayanın atasının dəfn mərasimində FACİƏ - FOTO
    • 29-03-2024, 14:09
    • 2 103

Erkan Petekkayanın atasının dəfn mərasimində FACİƏ - FOTO

Məşhur aktyor Erkan Petekkaya uzun müddətdir ağciyər xərçəngindən müalicə olunan atası Akın Petekkayanı dəfn edib. Erkan Petekkayanın atasının dəfn mərasimində xoşagəlməz hadisə baş verib.

News24.az xəbər verir ki, Saruhan Hünel avtomobili ilə kütlə arasında olan vətəndaşı vurub. Zərbədən yerə yıxılan vətəndaşın ayağında şişlik və göyərmələr əmələ gəlib.

Qəzadan sonra tərəflər arasında kiçik mübahisə yaşanarkən Saruhan Hünel; "Qarşı tərəfdən gələn avtomobil məni küncə sıxdı. Sağa qaçmaq istəyərkən kişinin ayağını əzdim. Onu xəstəxanaya aparmağı təklif etdim. Dəfndən sonra xəstəxanaya gedəcəyik".

Günel Məlikzadə