Dəfn mərasimində ehsan yeyib öldülər
    • 12-08-2018, 18:00
    • 1 238

Dəfn mərasimində ehsan yeyib öldülər

Dəfn mərasimində ehsan yeyən 9 nəfər ölüb.

Hadisə Peruda baş verib. Ölənlərin dəfndə verilən yeməkdən zəhərləndiyi bildirilir.

Məlumata görə, eyni yeməkdən yeyən 20 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Onların dəfn mərasimində ət xörəyi ilə mayalanmış qarğıdalı yediyi məlum olub.

Hadisə ilə bağlı araşdırma aparılır.

//Sputnik