-
- 29-03-2024, 14:48
- 309
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
“Ramazanın son 10 günündə Peyğəmbər (s) gecələr oyaq qalar, özünü bütövlükdə ibadətə həsr edər, Allaha daha çox dua edərdi”.
News24.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.
Millət vəkili Məhəmməd peyğəmbərin (s) Ramazanın son 10 gününü necə keçirdiyini açıqlayıb:
“Bu barədə hədislərin birində qeyd olunur: “Ramazan ayının son on günündə Rəsulullah (s) gecələri oyaq qalar, ev əhlini yuxudan oyadar, özünü tamamilə ibadətə həsr edərdi.” (Buxari, Müslim).
Əziz müsəlman bacı və qardaşlar! Çalışaq Ramazanın son 10 gününün feyz və bərəkətindən yararlanaq, Allaha özümüz və dövlətimiz üçün daha çox dua edək. Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!” //yenisabah