Sabah Ramazan ayının ilk QƏDR GECƏSİ OLACAQ
    • 11-05-2020, 12:23
    • 1 065

Sabah Ramazan ayının ilk QƏDR GECƏSİ OLACAQ

Mayın 12-dən (Ramazanın 18-ci günü) 13-ə keçən gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi olacaq.

News24.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan cədvəlində qeyd edilib.

Qeyd edək ki, ikinci əhya gecəsi mayın 14-ü (Ramazanın 20-ci günü), üçüncü mayın 16-sı (Ramazanın 22-ci günü) olacaq. Dördüncü isə mayın 20-dən 21-nə (Ramazanın 26-cı günü) keçən gecə baş tutacaq.

Şəvval ayının 1-i (24 may) Fitr (Ramazan) bayramıdır.