-
- 29-03-2024, 22:54
- 247
"Ermənistan bunun mənfi təsirini görəcək"
Ermənistanla Avropa İttifaqı arasında vizasız rejimin tətbiqi perspektivli gənclərin respublikadan axınına səbəb olacaq və onun təhlükəsizliyinə və iqtisadiyyatına mənfi təsir göstərəcək.
News24.az bildirir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən “Ermənistanın Dostları Şəbəkəsi”nin hazırladığı “Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı hesabatı şərh edilərkən deyilib.
“Müəlliflər Aİ ilə vizasız rejimin tətbiqini vəd etməyə çalışırlar ki, bu da gənc və iqtisadi fəal əhalinin Avropaya əhəmiyyətli axınına səbəb olacaq və Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsir göstərəcək.
Bunu Gürcüstan, Moldova, Ukrayna və faktiki olaraq artıq Aİ-yə daxil olmuş Baltikyanı dövlətlər, Polşa, Rumıniya, Bolqarıstan və s. ölkələrin nümunəsində görmək olar",- XİN-dən bildirilib.//azvision