-
- 30-03-2024, 09:48
- 249
Fidan Niftəliyeva faciəvi şəkildə öldü
Qubada dəm qazından boğulan hamilə qadın dünyasını dəyişib.
News24.az "Unikal"a istinadən xəbər verir ki, hadisə martın 29-u günorta saatlarında baş verib. 26 yaşlı Quba şəhər sakini Niftəliyeva Fidan Habil qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Fidan Niftəliyevanı hamamda qayınanası aşkarlayıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılsa da gənc qadının həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Fidan Niftəliyeva beş aylıq hamilə idi. Niftəliyevlər ailəsinin yaşyarımlıq əkiz oğlan övladları var.
Faktla bağlı araşdırma aparılır.