-
- 26-04-2019, 18:22
- 972
İşdən çıxarılan mütəxəssis ADU rektorunu məhkəməyə verdi – YENİ QALMAQAL
Bir müddət əvvəl Azərbaycan Dillər Universitetində kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsindən kənarlaşdırılan Baxşəliyeva Elmira Həsən qızı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
News24.az-a verilən məlumata görə, birinci instansiya məhkəməsində, yəni Nəsimi rayon Məhkəməsində tələbi rədd edilən E.Baxşəliyeva yenidən məhkəməyə üz tutub. O, universiteti məhkəməyə verməklə, əmək haqqı, mənəvi ziyan və işə bərpa edilməsini tələb edib. Elmira Baxşəliyeva universitetin rektoru Kamal Abdullanı cavabdeh şəxs qismində göstərib.
İşə hakim İsmayıl Xəlilovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, son vaxtlar Azərbaycan Dillər Universitetində işdən çıxarılan əməkdaşlarla universitet rəhbərliyi arasında tez-tez qalmaqallar baş verir.