"Linux" istifadəçiləri kədərli
    • 30-03-2024, 21:10
    • 297

"Linux" istifadəçiləri kədərli

Türkiyədə və dünyada sürətlə artan kiber təhdidləri aşkar etmək. lazımi tədbirləri görmək üçün qurulan Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzi (USOM) maraqlı bir giriş maneəsi ilə gündəmə gəlib. Yayımlanan məlumata görə, USOM zərərli proqram yaydığı səbəbilə DistroWatch adlı platformaya girişi bloklayıb.

News24.az xəbər verir ki, DistroWatch Linux və digər açıq mənbə əməliyyat sistemlərinin paylamalarını nəzərdən keçirən və müqayisə edən platformadır. Bununla belə, platforma istifadəçilərə müxtəlif Linux paylamaları arasında qərar verməyə və ən uyğununu seçməyə imkan verir.

Ən populyar və ən aktual Linux paylamaları ilə bağlı xəbərlərə daxil ola biləcəyiniz DistroWatch Türkiyədə çox sayda insanın ziyarət etdiyi saytlar arasındadır. Sosial mediada gündəmə gələn DistroWatch-a giriş Türkiyədə qadağan edilib. 

Yayımlanan məlumata görə, USOM zərərli proqram yaydığı səbəbilə DistroWatch adlı platformaya girişi bloklayıb.

Günel Məlikzadə