-
- 26-04-2019, 19:20
- 1 887
Niyə İçərişəhər, niyə bu ərəfədə- SƏBUHİ MƏMMƏDLİ YAZIR
Siz elə bilirsiniz İçərişəhərlə bağlı bu hay-küyün məhz bu ərəfədə qaldrıılması təsadüfidir? Qətiyyən! Sadəlövh olmayın. Və təkcə bu fakta nəzər salın, hər şey sizə aydın olacaq.
İdman sahəsində bütün dünyada qəbul edilmiş bir standart var; dünyanın üç ən böyük idman yarışmasına bunlar daxildir. Birinci sırada təbii ki, Olimpiya oyunları dayanır. İkinci sırada isə futbol üzrə dünya çempionatı. Bəs sizcə üçüncü sırada? Hə, düz tapdınız, Formula-1 yarışları. O Formula- 1 yarışları ki, onu keçirmək üçün neçə-neçə ölkə növbə gözləyir. O Formula-1 yarışları ki, onun auditoriyası bilirsinizmi nə qədərdir? 500 milyondan çox.
Yarım milyard insan yarışların keçirəcəyi günü, saatı gözləyir səbrsizliklə.
Yarım milyarddan çox insanın gözü həmin yarışların keçirildiyi şəhərdə olur.
Yarım milyard insan yarış boyu virtual da olsa, həmin şəhərə tamaşa edir. Ürəyindən nə vaxtsa bu şəhərdə olmaq arzusu keçir.
Yarım milyardan çox insanda yarışların keçirldiyi ölkənin qüdrəti haqda fikir formalaşır.
Və yarım milyarddan çox insan artıq neçə ildir ki, doğma Bakımızı izləyir, yürüş xəttinin keçdiyi İçərişəhərə, Qız Qalasına, Şirvanşahlar sarayına zövqlə tamaşa edir.
Siz də deyirsiz ki, sökürlər?
Haranı, necə sökürlər? Heç kim yerini göstərə bilmir, amma demoqogiya baş alıb gedir. Məqsəd yalançı İçərişəhər harayı deyil. Məqsəd növbəti Bakı yarışları ərəfəsində, dünyanın diqqətinin Azərbaycana yönəldiyi vaxtda ictimaiyyəti çaşdırmaq, sadəcə çirikn təxribatla məşğul olmaqdır. Elə təxribat obyekti də təsadüfən seçilməyib. Bakının simvolu, az qala şərəfi sayılan İçərişəhər. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu” nəinki bakılılar, bütün Azərbaycan, eləcə də dünya üçün həssas bir məkandır. Elə bu həssaslıqdan istifadə etməyə çalışmaq istədi bəzi fürsətcilər. Yenə məğlub oldular…
İçərişəhər həmişə Azərbaycan iqtidarırın diqqət mərkəzində olub. Yəqin ki, xatırlayırsınız, 2003-cü il fevralın 17-də ulu öndər Heydər Əliyev “Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalamışdı. O vaxtdan burada bütün yeni tikinti işləri dayandırılmış, qədim şəhərin tarixi simasının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməsinə start verilmişdi. İki il sonra, 2005-ci il fevralın 10-da Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılması haqqında” sərəncam və idarənin aktiv fəaliyyətə başlaması üçün əsas olan “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə 2007-ci il 16 may tarixli 574 nömrəli fərman imzalayıb. Bununla cənab Prezident mərkəzi və yerli icra hakimiyyətinin səlahiyyətlərini özündə əks etdirən İçərişəhərin idarə edilməsinin unikal sistemini yaradıb. Dövlət başçısının bu prinsipial yeni baxışı İçərişəhərin qorunması üçün yeni stimul verib. Bu fərmandan sonra uçmuş və ya uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin yaradılması, yaşayış binalarının təmiri və mühəndis-kommunikasiya qurğularının dəyişdirilməsi, ərazinin abadlaşdırılması istiqamətində işlər görülməyə başlamış və bunun üçün vəsait ayrılmışdı.
Hazırda da qoruq ərazisinin beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevrilməsi, bura geniş turist şəbəkəsinin cəlb edilməsi istiqamətində uğurlu addımlar atılır, təklif və proqram layihələri hazırlanır.
İçərişəhərdə qanunsuz tikintilərdən söhbət belə gedə bilməz. Ən azı ona görə ki, bu unikal tarixi yer həmişə Prezidentimzin diqqətindədir. Bakıya gələn ölkə başçıları əksər vaxt İçərişəhərdə gəzintiyə çıxır və bu möhtəşəm tarixi kompleksə heyranlığını gizlətmirlər.
İçərişəhərdə həm də ona görə, qanunsuz tikinti aparıla bilməz ki, 1-vitse prezident Mehriban Əliyeva məhz YUNESKO-nun xoş məramlı səfiridir. Bura daim onun diqqətindədir. İllər öncə çəkilmiş bir fotonu paylaşaraq yaradılan bu ictimai rəy isə sabun köpüyü kimi partlayıb getdi.
Hə, dincəlin və bilin. Hay-küy qaldırdığınız bu tikili sırf konstruksiyalardan ibarətdir. Konstruksiya isə Qala divarlarından aralıda quraşdırılıb. Məqsəd ondan ibarətdir ki, Qala divarlarına zərər vurulmasın. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar mövcuddur. Hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmir.
Bu layihənin məqsədini də bilin: məqsəd ərazidə fəaliyyət göstərən restoranları yeniləmək və daha yüksək keyfiyyətli tikili ərsəyə gətirməkdir.
İçərişəhər qoruğunun rəsmisi Rahib Azərinin dedyi kimi, Qala divarları perimetr boyu araşdırılıb, arxeoloji qazıntı aparılıb, burada heç nə aşkarlanmayıb. Sitat: “Burada əvvəllər də restoranlar olub. Əvvəlki restoranlar Qala divarlarına bitişik idi, hazırkı tikililər isə qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir”.
Məni düşündürən həm də nədir? Bu səs-küyçülər unudurlar ki, boş yalan üfürmənin ömrü məşhur məsəldə olduğu kimi 40 gün də çəkmir. Elə İçərişəhər məsələsində olduğu kimi.
Görünür, Formula-1 yarışması öncə bu səs-küy kimlərəsə lazım idi. Görünür, bütün dünyanın gözü Azərbaycanda - Bakıda olduğu günlərdə rahatlıq tapmayan bəzi qüvvələr mütləq, necə deyəirlər, qaşınmayan yerdən qan çıxarmalıydalr. Amma yenə atdıqları çamur bumeranq kimi üstlərinə qayıtdı.
Mən sizi İçərişəhərə dəvət edirəm, adamlar!