"Yarışları daha ucuz başa gətirdik" - Azad Rəhimov
    • 21-07-2019, 11:59
    • 676

"Yarışları daha ucuz başa gətirdik" - Azad Rəhimov

Gənclər və İdman naziri Azad Rəhimov Avropa Gənclər Olimpiyası Festivalına xərclənən büdcə haqda danışıb.

News24.az xəbər verir ki, nazir yarışların digər ölkələrə nisbətən daha ucuz başa gəldiyini açıqlayıb:

"Bura gələn hər idmançı üçün gündəlik 90 avro ödənilir. Buraya 3 dəfə qidalanma da daxildir. Həmçinin Atletlər kəndində 24 saat fəaliyyət göstərən kafe var. Nəqliyyat məsələsini gəldikdə isə bubu hər bir ölkə özü ödəyir.

Yarışlara xərclənəcək büdcə haqda düşünəndə son oyunların keçirildiyi  ölkələri araşdırdıq. Deyə bilərəm ki, biz onlara nisbətən yarışları daha ucuz başa gətirdik".