-
- 31-03-2024, 18:46
- 300
Devlet Bahçeliyə nə olub?
Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir. Sıravi vətəndaşlarla yanaşı, siyasi xadimlər də seçki məntəqələrinə gedərək, özlərinin vətəndaşlıq borcunu yerinə yetirirlər.
News24.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Ankaradakı Anıttəpə məktəbində səs verib. Seçki məntəqəsinə gələn Bahçeli dərhal jurnalistlərin maraq dairəsinə düşüb. Yerli media qocaman siyasətçini üzündəki ləkələrlə birlikdə fotoaparatın obyektinə köçürüb.
Devlet Bahçelinin üzündəki ləkələr müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Türkiyə mediası yaxın ətrafına istinadən siyasətçinin bir neçə gün əvvəl evində yıxıldığını iddia edib.
MHP sədri bu barədə danışmayıb. O, vətəndaşlıq borcunu yerinə yetirəndən sonra "Millətimiz və dövlətimiz üçün xeyirli olsun. İndidən millətimizə təşəkkür edirəm" deyərək, seçki məntəqəsini tərk edib. //yenisabah