YSK-dan seçkilərlə bağlı İLK AÇIQLAMA
    • 28-05-2023, 18:31
    • 312

YSK-dan seçkilərlə bağlı İLK AÇIQLAMA

“Səsvermə vaxtında hansısa neqativ hadisə baş verməyib”.

News24.az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener deyib.

"Səsvermə prosesində xidməti olan hər kəsə, seçicilərə təşəkkür edirəm. Nəticənin millətimiz və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm”, - Yener qeyd edib.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.

Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparıb. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğludur.