Türkiyədə seçkilərin ilkin nəticələri açıqlandı
    • 31-03-2024, 20:54
    • 218

Türkiyədə seçkilərin ilkin nəticələri açıqlandı


İlkin hesablamalara görə, keçirilən bələdiyyə seçkilərində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu İstanbul Böyükşəhər bələdiyyəsi üzrə 49,09% səslə liderlik edir.

News24.az xəbər verir ki, bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) bildirib.

Onu, 42.04% səslə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Murat Kurum izləyir.

Hazırda səslərin 5.44%-i sayılıb.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparır. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.//unikal