Silahlı atışma: 7 uşaq yaralandı
    • 1-04-2024, 10:38
    • 1 813

Silahlı atışma: 7 uşaq yaralandı

ABŞ-ın İndianapolis şəhərində ticarət mərkəzi qarşısında silahlı hücum olub.

News24.az xəbər verir ki, polis qrupları dünən gecə yerli vaxtla saat 23.30 radələrində Circle Center Mall adlanan ticarət mərkəzinin yaxınlığında silah səsləri eşidiblər.

Polis qrupları bildiriblər ki, hadisə nəticəsində 7 uşaq yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Yaralıların hamısının vəziyyətinin stabil olduğu deyilib.

Qeyd edək ki, hadisədə birdən çox silahdan istifadə edildiyi güman edilir. Hadisə ilə bağlı hələlik heç kim saxlanılmasa da, polis hələ də şübhəlilərin kimliyini müəyyən edə bilməyib.

Günel Məlikzadə