-
- 1-04-2024, 11:59
- 206
"Ailə psixologiyası məktəbini formalaşdırmaq lazımdır"
Ölkəmizdə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Bunun üçün qanunvericilik bazası formalaşdırılıb. Dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir, ancaq hələ də həllini gözləyən məsələlər var.
News24.az xəbər verir ki, bunu "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr edilmiş dəyirmi masada çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, hazırda sosial şəbəkələrdə çox vaxt keçirilməsi cəmiyyətdə soyuqluq yaradır:
“Biz iformasiya cəmiyyətində yaşayırıq və sosial şəbəkələr sürətlə həyatımıza daxil olur. İnsanlar ailə üzvıəri ilə ünsiyyətdən çox sosial şəbəkədə vaxt keçirir. Bu, valideyn övlad münasibətlərinin soyumasına gətirib çıxarır. Eyni zaman inkişaf dövründə olan uşaqların psixologiyasına mənfi təsir göstərir”.
Hicran Hüseynova vurğulayıb ki, bizim cəmiyyət üçün ailə psixologiyası məktəbini formalaşdırmaq lazımdır: “Nə qədər ki, bu yöndə iş aparılarsa, düşünrəm ki, uğurlu nəticə əldə olunar”.
Qumral