Nəbatət Bağının istifadəyə veriləcəyi tarix açıqlandı
    • 1-04-2024, 12:37
    • 118

Nəbatət Bağının istifadəyə veriləcəyi tarix açıqlandı

Bu ilin sonunadək Mərkəzi Nəbatət Bağının istifadəyə verilməsi nəzərdə tutulub.

News24.az report-a istinadən xəbər verir ki, il ərzində Nəbatət Bağının rəsmi açılış mərasimi olacaq.

Hazırda Mərkəzi Nəbatət Bağında təmir-tikinti işləri davam edir.

Qeyd edək ki, 2022-ci ilin noyabrın 19-dan parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə Mərkəzi Nəbatat Bağı ziyarətçilərin girişi üçün bağlıdır.