Yeniyetmələr birinci sinif şagirdini vəhşicəsinə döydülər
    • 1-04-2024, 13:53
    • 139

Yeniyetmələr birinci sinif şagirdini vəhşicəsinə döydülər

Sankt-Peterburqun Primorski rayonunda bir qrup yeniyetmə 1-ci sinif şagirdini vəhşicəsinə döyüb. 

News24.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Hadisə Sankt-Peterburqun Dalnevostochnı prospektində baş verib. Yeddi yaşlı uşağın anası polisə ifadə verib. Qadın bildirib ki, oğlu bir qrup yeniyetmə tərəfindən zorla tikinti sahəsinə sürüklənib, məktəblilər uşağı şiddətlə döyüb, başını sındırıblar.

Yeniyetmələr ona zəng etməyə imkan verməyiblər, lakin zərərçəkmiş işgəncə verənlərin əlindən qaça bilib. Baş verənlərin şəraiti və döyülmə iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir.

Günel Məlikzadə