Şagirdini döyən müəllimlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA - VİDEO - YENİLƏNİB
    • 19-05-2022, 12:22
    • 424

Şagirdini döyən müəllimlə bağlı Təhsil Nazirliyindən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəllimi 8-ci sinif şagirdini döyüb.

News24.az məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır: "Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

12:00


Zəngilan rayonu 35 saylı məktəbin musiqi müəllimi 8-ci sinif şagirdini döyüb.

News24.az xəbər verir ki, bu hadisə ilə bağlı video sosial şəbəkələrdə yayılıb.

Məktəbin Məhsəti adlı musiqi müəllimi 8-ci sinif şagirdinin başını partaya çırpıb.