-
- 13-02-2024, 19:00
- 181
Gənc oğlan idman kompleksinin hovuzunda boğuldu
Sankt-Peterburqun Moskovski rayonunda yerləşən idman kompleksindəki hovuzda gənc oğlan boğularaq ölüb.
News24.az xəbər verir ki, bu barədə “78.ru” məlumat yayıb.
Hadisə fevralın 12-də Sankt-Peterburqun Moskovski rayonundakı “Okeanarium” idman klubunda baş verib. İdman kompleksinin hovuzunda 18 yaşlı oğlan huşsuz vəziyyətdə tapılıb.
Zərərçəkmiş boğulma əlamətləri ilə xəstəxanaya yerləşdirilib, gəncin vəziyyəti orta ağırdır. Hadisə ilə bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə