"Zelenskinin səlahiyyət müddəti başa çatır"
    • 1-04-2024, 15:13
    • 142

"Zelenskinin səlahiyyət müddəti başa çatır"

Kremlin sözçüsü Peskov Ukraynada seçkilərin keçirilməməsi ilə bağlı sualları cavablandırıb. 

News24.az-ın məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Zelenskinin prezidentlik müddətinin may ayında başa çatacağına inanır.

Peskova İranın Rusiyanı təhlükəsizlik təhdidi ilə bağlı xəbərdar etməsi məsəlısi də soruşulub. 

Peskov bildirib ki, bu barədə məlumatı yoxdur.

Günel Məlikzadə