-
- 1-04-2024, 16:12
- 1 368
SON DƏQİQƏ! Gecə klubunda GÜLLƏLƏNMƏ baş verdi: ÖLƏN VAR
Rusiyanın Kemerovo şəhərində gecə klublarından birinin yaxınlığında bir nəfər güllələnib.
News24.az xəbər verir ki, bu barədə bölgə üzrə İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, naməlum kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bildirilir ki, aprelin 1-də səhər tezdən Barracuda gecə klubunun yaxınlığında 22 yaşlı gənc tanımadığı 27 yaşlı kişi ilə münaqişə zamanı odlu silahdan atəş açıb. O, rəqibinə ən azı iki atəş açıb. Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mehriban Mirzəzadə