Xorvatiyada naməlum şəxs ətrafdakılara atəş açıb, ölən və yaralananlar var
    • 2-07-2023, 01:00
    • 224

Xorvatiyada naməlum şəxs ətrafdakılara atəş açıb, ölən və yaralananlar var

Xorvatiyanın mərkəzi hissəsindəki Sisak şəhərində naməlum şəxs küçədə atəş açıb, ölən və xəsarət alanlar var.

News24.az xəbər verir ki, bu barədə Xorvatiya milli telekanalı məlumat yayıb.

“Sisak Kanak ərazisində bir nəfər “Kalaşnikov” avtomatından atəş açıb. Əraziyə çoxlu sayda polis qüvvələri cəlb olunub. Qeyri-rəsmi məlumatlara görə, zərərçəkənlər var, ərazi əhatəyə alınıb”, - məlumatda deyilir.

Yerli “İndex.hr” portalı isə hadisə zamanı 1 nəfərin həlak olduğunu, daha bir neçə nəfərin yaralandığını xəbər verib. Qeyd edilir ki, hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanıb.