Gəncə sakini avtomobili insanların üzərinə sürüb, ölən və xəsarət alan var
    • 15-07-2022, 10:40
    • 2 873

Gəncə sakini avtomobili insanların üzərinə sürüb, ölən və xəsarət alan var

Gəncədə 70 yaşlı kişini avtomobilə vuraraq öldürməkdə şübhəli bilinənin şəxsiyyəti məlum olub.

News24.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 1995-ci il təvəllüdlü Orxan Nağıyevdir.

O, "VAZ" markalı avtomobillə 1957-ci il təvəllüdlü Bağırova Səlminaz və 1952-ci il təvəllüdlü Alim Məmmədovu vurub.

A. Məmmədov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

O.Nağıyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.