Mina partladı: 9 uşaq həyatını itirdi
    • 1-04-2024, 21:15
    • 130

Mina partladı: 9 uşaq həyatını itirdi

Əfqanıstanın Qəzni əyalətində minanın partlaması nəticəsində 9 uşaq həyatını itirib.

News24.az xəbər verir ki, Qəzni Mədəniyyət və İnformasiya Müdiri Molla Həmidullah Nisar bildirib ki, Sovet İttifaqının Əfqanıstanı işğalından sonra Giro rayonunun Zedran kəndində dünən partlamamış mina partlayıb.

Nisar partlayışın uşaqların partlamamış mina ilə oynadığı zaman baş verdiyini qeyd edərək, hadisə nəticəsində 5-i qız olmaqla 9 uşağın həyatını itirdiyini bildirib.

Qeyd edək ki, 1979-1989-cu illərdə Əfqanıstanı işğal edən Sovet İttifaqı və onun o zaman dəstəklədiyi Əfqanıstan hökuməti üsyançılarla mübarizə aparmaq üçün kənd yerlərində minalar yerləşdirib.

Bu minalar çoxlu uşaqların ölümünə və əlil olmasına səbəb olub.

Günel Məlikzadə