Vətən müharibəsi bitəndən indiyədək mina qurbanı olmuş şəxslərin sayı açıqlandı
    • 6-06-2022, 15:07
    • 304

Vətən müharibəsi bitəndən indiyədək mina qurbanı olmuş şəxslərin sayı açıqlandı

Azərbaycanda 2020-ci ilin noyabr ayından indiyədək mina partlaması nəticəsində ölən şəxslərin sayı açılanıb.

News24.az-ın xəbərinə görə, Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov bildirib ki, ötən dövr ərizndə 32 min hektar ərazidən 60 minə yaxın mina zərərsizləşdirilib.

"2020-ci ilin noyabr ayından indiyədək azad edilmiş ərazilərdə 39 şəxs mina partlaması nəticəsində həyatını itirib, 184 nəfər isə yaralanıb. Ümumilikdə isə zərərçəkənlərin sayı 223 nəfərdir", - o vurğulayıb.