-
- 20-09-2023, 16:30
- 391
Ermənilərin mina terroru: Tərtər sakininin bir gözü kor oldu
"Mina partlayışı bədənimdə ağır qəlpə yaraları açıb, gözlərimdə görmə itkisinə səbəb olub".
News24.az xəbər verir ki, bu fikirləri Ermənistanın mina terroru zamanı xəsarətlər alan Elgün Ələkbərov deyib.
O, 44 günlük Vətən müharibəsindən sonra Tərtər rayonunun Qaraqoyunlu kəndində yerləşən pambıq zavodunda traktorçu işləyib: "Pambıq əkini üçün ərazini şumlayarkən tank əleyhinə minaya düşdüm. Ağır xəsarətlər aldım. Ayağımdakı qəlpə yaralarının ağrısından və sızıltısından gecələr yata bilmirəm".
E.Ələkbərov gözlərindən birinin görmə qabiliyyətini tamamilə itirdiyini deyib: "Digər gözüm isə 11 faiz görür. Ətrafımdakı insanları sadəcə səslərindən tanıya bilirəm. Bundan sonra bir gözümün 11 faizlik görmə qabiliyyətini tamamilə itirməmək üçün 6 aydan-bir həkim müayinəsindən keçməliyəm".
Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 314 nəfər minadan zərər çəkib. 48 nəfəri mülki, 13 nəfəri hərbçi olmaqla 61 nəfər həlak olub. Eyni zamanda mina partlayışları nəticəsində ümumilikdə 101 nəfər mülki, 152 nəfəri isə hərbçi yaralanıb.
Xatırladaq ki, hazırda 970 551.604 kv.m (97 055.2 ha) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib. Aşkar edilmiş mina və digər partlayıcılar cəmi 94 244 ədəd, piyadalar əleyhinə minalar 29 617, tank əleyhinə minalar 17 048, partlamamış hərbi sursatlar isə 47 579 ədəddir.