-
- 18-03-2024, 17:53
- 307
Paşinyan 4 kəndin Azərbaycana qaytarılmasından DANIŞDI
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib və sakinlərə kəndlərin Azərbaycana qaytarılmasının zəruriliyini bildirib.
News24.az xəbər verir ki, bu barədə məlumatı yerli KİV-lər yayıb.
Məlumata görə, Nikol Paşinyan Voskepar Mədəniyyət Evində Voskepar, Bağanis və Voskevan kəndlərinin sakinləri ilə görüşüb. Əgər əvvəllər Paşinyan Voskeparda isti qarşılanırdısa, bu dəfə onu çox soyuq qarşılanıb. Paşinyan zala daxil olanda orada olanların yarısı ayağa qalxmayıb.
Paşinyan sakinlərə 4 kəndin Azərbayacan verilməsinin zəruri olduğunu, əks halda müharibə başlayacağını bildirib.