Erməni jurnalistdən Paşinyanla bağlı ŞOK AÇIQLAMA - 4 kəndi...
    • 1-04-2024, 19:09
    • 174

Erməni jurnalistdən Paşinyanla bağlı ŞOK AÇIQLAMA - 4 kəndi...

“Paşinyan yeni yollar çəkmədən 4 kəndi Azərbaycana vermək (qaytarmaq - red.) niyyətindədir”.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə yerli jurnalist Voskan Sarkisyan öz feysbuk səhifəsində yazıb.

“Mən Nikol Paşinyanın sinif yoldaşı, 2021-ci il aprelin 8-də Paşinyanın qərarı ilə Tavuş vilayətinə qubernator təyin edilmiş Ayk Qalumyana müraciət edərək Bağanis-Ayrım, Qızılhacılı, Aşağı Xeyrimli ilə bağlı müraciət etdim. Xüsusilə də bu kəndlər Bakıya qaytarıldıqdan sonra İcevan-Noyemberyan, Ermənistan-Gürcüstan nəqliyyat əlaqəsini təmin etmək üçün hansı yeni yolların salınmasının nəzərdə tutulduğunu, neçə kilometr çəkiləcəyini və nə qədər xərcə başa gələcəyini aydınlaşdırmağa çalışdım. Martın 29-da qubernatordan “Hələ belə bir qərar verilməyib” cavabını aldım.

Belə bir qərar yoxdur, halbuki martın 18-də Voskepar Mədəniyyət Evində Ermənistanın baş naziri Nikol Paşinyan həmin yolların çəkiləcəyini demişdi”, - Sarkisyan qeyd edib. //Musavat.com