-
- 2-04-2024, 10:30
- 184
Otelin altından 640 illik qala tapıldı - FOTO
Arxeoloqlar Fransanın qərbindəki Vannes bölgəsində yaxın vaxtlara qədər fəaliyyət göstərən Lagorce Hotelin həyətində 14-cü əsrə aid qala qalıqlarını tapdıqlarını açıqlayıblar.
News24.az xəbər verir ki, adı Château de l'Hermine olaraq bildirilən qala 1380-ci illərdə Brittany Hersoqu IV Con tərəfindən tikilmişdir.
Qeyd edək ki, Hersoqun qaldığı evin qalın divarları, çoxsaylı pilləkənləri və xəndəkləri olduğu açıqlandı.
Aşkar edilənlər arasında qalanın gündəlik həyatı əks etdirən paltarlar, asma qıfıllar, sikkələr, mətbəx texnikası və zinət əşyalarının da olduğu bildirilib.
Günel Məlikzadə