-
- 19-07-2023, 22:50
- 334
Tarixi abidəyə sayğac quraşdırılıb?- VİDEO- Yeniləndi
Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşən qalanın üzərində sayğaclar və borular quraşdırılıb.
Bu barədə News24.az-ın "Qaynar xətti"nə iki videomaterial göndərildib.
Videolardan birində tarixi abidənin üzərində “Azərişıq” ASC-ə aid sayğacın olduğu görünür. İkinci videoda isə XIX əsrə aid olan “Bürc Qala”nin ətrafındakı zibillik lentə alınıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Vaqif Aydınoğlu bildirdi ki, sayğacın yeri çoxdan dəyişdirilib:
“Qala divarının üzərində hazırda sayğac yoxdur”.
Şikayətçinin təkrar videodan göründü ki, ASC-nin nümayəndəsinin dediyi kimi, sayğac çıxarılıb. News24.az-ın məsələyə müdaxiləsindən sonra dərhal problem həllini tapıb.
Tarixi abidələrdəki vəziyyətlə bağlı Dövlət Tarix Mədəniyyət Qoruğunun mətbuat katibi Fariz Hüseynli ilə də əlaqə saxladıq. O bildirdi ki,
4553 inventar nömrəli tarix-memarlıq abidəsi Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşir: "Tarixi abidənin yerləşdiyi ərazi xüsusi mülkiyyətdədir və yaşayış evləri ilə əhatə olunub. Abidənin üzərində hər hansı qurğu yerləşdirilməyib və videoda görünən qaz xətləri də qalanın divarlarının kənarından çəkilib”.
Digər abidəyə gəlincə, mətbuat katibi Fariz Hüseynli dedi ki, XIX əsrə aid “Bürc Qala”nin ətrafı abadlaşdırılaraq təmizlənib.
Ayfər Nizaməddinqızı