Pikap tuneldə yük maşınına çırpıldı
    • 2-04-2024, 19:30
    • 104

Pikap tuneldə yük maşınına çırpıldı

Qəza dünən axşam saatlarında Yusufeli rayonu Uzundərə mövqeyində tuneldə baş verib.

News24.az xəbər verir ki, Artvinə gedən inşaatçıları daşıyan Mikayıl Taştanın idarə etdiyi yük maşını qarşı tərəfdən gələn yük maşınının qoşqusuna çırpılıb. Qəzada yük maşınının sürücüsü Taştan və 3 işçi yaralanıb.

Hadisə yerinə gələn tibb işçiləri tərəfindən yaralılar avtomobildən çıxarılaraq təcili yardımlarla Uzundərə Dövlət Xəstəxanasına aparılıb.

Müalicə üçün aparılan yaralılardan İlyas Çelik bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Qəzadan sonra birtərəfli hərəkətə bağlanan tunel, nəqliyyat vasitələri yoldan çıxarıldıqdan sonra yenidən hərəkətə açılıb.

Günel Məlikzadə