Eyni ailədən 6 nəfər öldü
    • 26-03-2024, 19:15
    • 5 562

Eyni ailədən 6 nəfər öldü

Hatayın Dörtyol-Payas avtomobil yolunda Şükrü K.-nin idarə etdiyi yük maşını qarşı zolağa keçərək Mehmet Sönmezin idarə etdiyi avtomobilə çırpılıb.

News24.az xəbər verir ki, vəziyyətin bildirilməsi üzərinə qəza yerinə çoxlu tibb, polis və xilasetmə qrupları sövq edilib.

Avtomobilin sürücüsü Sönməz və vasitədə olan biri uşaq olmaqla 5 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

Yaralı təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına çatdırılıb.

Günel Məlikzadə