-
- 2-04-2024, 19:45
- 553
Görün, C vitamininin çatışmazlığı nələrə səbəb olur
Prof. Dr. Gülcan Güntaş həddindən artıq C vitamini çatışmazlığının sinqa xəstəliyinə səbəb olduğunu söylədi.
News24.az xəbər verir ki, bu xəstəlik yaraların gec bağlanması, dişlərin tökülməsi, diş ətinin qanaması, dəri problemləri, anemiya və oynaqlarda şişkinlik kimi əlamətlərlə irəliləyir. C vitamini çatışmazlığı əsasən qidalanmadan qaynaqlanır.
Dr. Gülcan Güntaş, “İnsan orqanizmində sintez oluna bilmədiyi üçün pəhrizlə birlikdə alınması lazım olan bir vitamindir. Vitamin C bədənimizdə qan damarlarında, qığırdaqda, əzələlərdə və sümüklərdə olan, toxumaların saxlanılması, təmirində rol oynayan kollagen zülalının sintezi üçün də lazımdır. Buna görə də C vitamini yaraların sağalmasına, dişlərin, dərinin və qığırdaqların bərpasına, qorunmasına kömək edir” dedi.
Sitrus, kivi, manqo kimi meyvələr, bibər,brokoli kimi tərəvəzlər C vitamini baxımından çox zəngin olduğu ifadə edildi.
Günel Məlikzadə