Fransanın Ermənistandakı addımları: Yeni hədəf..
    • 2-04-2024, 20:15
    • 179

Fransanın Ermənistandakı addımları: Yeni hədəf..

Qarabağ müharibəsindən sonra “Ermənistanın yeni himayədarı” kimi ortaya çıxan Fransa bölgəni yenidən atəşə tutacaq addımlar atır. Fransanın Zəngəzur dəhlizindən çox narahat olduğunu dilə gətirən ekspertlərə görə, Afrikadakı müstəmləkələrindən qovulan Paris, bundan məsul gördüyü Türkiyəyə təzyiq etmək istəyir.

News24.az xəbər verir ki, Paris burada addımlarını gah açıq, gah da kəşfiyyat təşkilatları vasitəsilə gizli şəkildə atır.

Fransanın “Le Figora” nəşrində yazılan məqalədə Paris-İrəvan xətti ilə bağlı maraqlı detallar yer alıb. Yazıda yer alan iddialara görə, Fransa prezidenti Makron Azərbaycanın Qarabağ əməliyyatı zamanı bəzi addımlar atmaq istəyib. Laçın dəhlizindən keçmək, Avropadan Azərbaycanla bağlı birgə qınama qərarı tələb etmək, Vatikandan açıqlama gözləmək kimi mövzular var.

Fransa mətbuatının yazdığına görə, Makronun Ermənistan üçün atmaq istədiyi addımlar iflasa uğrayıb.

Parçaları bir araya gətirəndə aydın olur ki, Fransa Ermənistan məsələsində yeni qapını açır. Bundan başqa, Ukrayna-Rusiya müharibəsi ilə bağlı mövqeyi, Makronun açıqlamaları və Avropa Birliyindən tamamilə ayrı tonu da Parisə diqqət çəkir. Digər tərəfdən, Ermənistan vasitəsilə həyata keçirilməsi istənilən oyun Türkiyəyə də yaxından təsir edir.

Günel Məlikzadə