-
- 30-08-2023, 17:40
- 424
Fransanın Qarabağla bağlı məkrli planı nədir? - Rusiyalı politoloq AÇIQLADI
Fransa Azərbaycana qarşı sanksiyalar hazırlayır.
News24.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Maksim Şevçenko bildirib.
O, Fransa siyasətçilərinin “humanitar yük” daşıyan yük maşınlarını Laçın yolu ilə Azərbaycana gətirmək cəhdinin Bakıya qarşı sanksiya kampaniyasına hazırlıq olduğuna əmin olduğunu bildirib.
“Fransa Azərbaycana qarşı təzyiqləri təşkil etmək, habelə Azərbaycanın Qarabağ iqtisadi rayonunda rus sülhməramlılarının fransızlarla əvəzlənməsinə nail olmaq üçün Ermənistana humanitar yardım gətirib. Bu, Fransa prezidenti Emmanuel Makron tərəfindən açıq şəkildə təxribatdır. Ümumiyyətlə, bu hərəkət Azərbaycanı çıxılmaz vəziyyətə salmaq məqsədi daşıyır. Əgər Azərbaycan bu karvanı buraxmasa, o zaman bütün dünya qarşısında erməni təbliğatına görə Xankəndində “aclıq” təşkil edən cani elan ediləcək. Bunun üçün Paris meri və digər kifayət qədər nüfuzlu fransız siyasətçiləri gəlib. Eyni zamanda, Ağdam-Xankəndi yolu bu gün Rusiya sülhməramlıları tərəfindən bağlanıb, orada maneələr və tikanlı məftillər çəkiblər”, - deyə siyasətçi qeyd edib.
Şevçenko bildirib ki, Avropa İttifaqı Fransanın diktəsi ilə Azərbaycana sanksiyalar tətbiq edə bilər.
“Cənubi Qafqazın Aİ-nin nəzarətinə keçmək üçün Azərbaycanla qarşıdurma ssenarisi üzə çıxmağa başlayacaq. Bu ssenarinin bir hissəsi də Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının Qərb qüvvələri ilə əvəzlənməsidir. Fransa Rusiya sülhməramlılarının uğursuzluğunu göstərmək istəyir. Bizim sülhməramlılarımızın fransızlarla əvəzlənməsini istəyir. Onlar mandatı dəyişməyə çalışırlar ki, Rusiya getsin və onun yerini fransızlar tutsun”, - Maksim Şevçenko vurğulayıb.
Qeyd edək ki, Fransa şəhərlərindən toplandığı iddia edilən və Paris merinin də müşayiət etdiyi 10 TIR-dan ibarət “humanitar yardım” karvanı bundan əvvəl Ermənistanın göndərdiyi 21 TIR-ın yanında yer alıb.
Akqabay