"Ukraynaya 2 böyük və 190 qrup hücumu həyata keçirdik"
    • 2-04-2024, 20:45
    • 217

"Ukraynaya 2 böyük və 190 qrup hücumu həyata keçirdik"

Nazirliyin yüksək rütbəli rəsmiləri ilə keçirilən görüşdəki çıxışında Şoyqu Rusiya ordusunun Ukraynadakı hərəkətləri barədə məlumat verib.

News24.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, ötən ay yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynaya qarşı 2 böyük hücum və 190 qrup hücumu həyata keçirdiklərini açıqlayıb.

Ukrayna ordusunun döyüş potensialını azaltmağa davam etdiklərini iddia edən Şoyqu Ukrayna Silahlı Qüvvələrinin yanvar ayından bu yana 80 mindən çox əsgər itirdiyini iddia edib.

O bildirib ki, bu müddət ərzində 14 min müxtəlif silah, o cümlədən 1200-dən çox tank və digər zirehli döyüş maşını məhv edilib.

"Təmas xəttində heç bir nəticə olmasa da, Kiyev hələ də Qərb sponsorlarını Rusiya ordusuna müqavimət göstərmək qabiliyyətinə inandırmağa çalışır" deyə əlavə etdi.

Günel Məlikzadə