Sağlam insanın dili belə görünür
    • 2-04-2024, 20:20
    • 648

Sağlam insanın dili belə görünür

Dildə patoloji ərp örtüyü mədə-bağırsaq traktının, hətta erkən mərhələdə xərçəngin problemlərini göstərə bilər.

News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə terapevt Olqa Çirkova danışıb. Onun fikrincə, sağlam insanın dili təmiz, nəmli, çəhrayı, hamar, bərabər kənarlı və aydın görünən papillalı olmalıdır. Diş fırçası ilə asanlıqla çıxarıla bilən kiçik ərpin olması patoloji deyil.

"Patoloji ərp yoluxucu xəstəliklərdə, mədə-bağırsaq traktının xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, endokrin xəstəliklər, siqaret çəkən insanlarda, dil xərçəngi və şüa xəstəliyində görünür. Patologiyadan asılı olaraq ərpin rəngi, qoxusu, konsistensiyası və yerləşdiyi yer fərqlənir”, - həkim NEWS.ru-ya müsahibəsində izah edib.

Ağ ərp mədə ilə bağlı problemlərlə izah olunur, sarımtıl öd sisteminin düzgün işləmədiyini, ağ-boz isə pankreasın yoxlanılmasının zəruriliyini göstərir. Çirkova qeyd edib ki, bunlar həyati təhlükəsi olmayan vəziyyətlərdir. O, əlavə edib ki, bu kimi hallarda şişkinlik səbəbiylə dilin kənarlarında diş izləri də əmələ gələ bilər.

"Mədə-bağırsaq traktının xəstəliklərində ərp dilə zərər vermədən təmizlənir", - mütəxəssis qeyd edib.