-
- 25-01-2024, 22:10
- 401
Məşhur cərrah: "Araq xərçəng yaradır"
Rusiyanın məşhur cərrahlarından olan Aleksandr Umnov xərçəng xəstəliyi ilə bağlı diqqət çəkən fikirlər səsləndirib.
O, NEWS.ru-ya verdiyi müsahibədə deyib ki, tünd spirtli içkilər cinsiyyət orqanlarının və mədə-bağırsaq traktının xərçənginə səbəb olur.
“Araq kanserogendir. Bu, patogenlə ən çox təmasda olan toxuma hüceyrələrində mutasiyalara səbəb olur. Onun qəbulu zamanı mədə, mədəaltı vəzi, qaraciyər, qida borusu və ümumilikdə mədə-bağırsaq orqanlarının xərçəngi riski artır”, - o vurğulayıb./azvision