Otelin altından 640 illik qala tapıldı - FOTO
    • 2-04-2024, 21:08
    • 454

Otelin altından 640 illik qala tapıldı - FOTO

Arxeoloqlar Fransanın qərbindəki Vannes bölgəsində “Lagorce” otelin həyətində 14-cü əsrə aid qalanın qalıqlarını tapıblar.

News24.az Publika.az-a istinadla xəbər verir ki, adı “Château de l'Hermine” olaraq bildirilən qala 1380-ci illərdə Britanni Hersoqu IV Con tərəfindən tikilib.

Milli Profilaktik Arxeoloji Tədqiqatlar İnstitutu bildirib ki, arxeoloqlar qala xarabalıqlarının nə qədər yaxşı qorunduğunu görəndə təəccübləniblər.

Bölgədəki rütubətin hətta çəllək kimi taxta əşyaları belə qoruduğu vurğulanıb.