“Yadplanetlilər tərəfindən təqib edilirəm” - FOTO
    • 2-04-2024, 22:50
    • 258

“Yadplanetlilər tərəfindən təqib edilirəm” - FOTO

Britaniyalı müğənni Robbi Uilyams yadplanetlilərin Yer kürəsində onların elçisi olmaq üçün seçdildiyini hesab edir. 

News24.az Sfera.az-a istinadla bildirir ki, Robbinin sözlərinə görə, UFO ilə ilk dəfə 2008-ci ildə qarşılaşıb.

Musiqiçi yadplanetlilərlə bir neçə dəfə qarşılaşdığını, hətta bir dəfə onlara əli ilə toxunacaq qədər yaxından qarşılaşdığını bildirib. Robbi əmindir ki, yadplanetlilər onun yanına gəlməyə davam edirlər. Robbinin fikrincə, onlar  pop ulduz statusundan istifadə edərək dünyaya “həqiqətin orada olduğunu” söyləməsini istəyirlər.

Qeyd edək ki, Robbi həyat yoldaşı Ayda Field və dörd övladı ilə birlikdə Beverli Hillsdə yaşayır.