Müğənni həyat yoldaşı üçün Topqapı Sarayının eynisini inşa etdirdi - FOTO
    • 9-10-2018, 10:22
    • 889

Müğənni həyat yoldaşı üçün Topqapı Sarayının eynisini inşa etdirdi - FOTO

İngiltərəli müğənni Robbi Uilyams üçüncü övladlarını dünyaya gətirən türkiyəli həyat yoldaşı Ayda Fildə inanılmaz bir hədiyyə edib.
O, Kaliforniyanın Beverli Hills bölgəsində yerləşən malikanəsinin içərisini Topqapı Sarayındakı Validə Sultan Otağı kimi dizayn etdirib.
12 nəfərlik komanda Sultan III Muradın anası Nurbanu Sultan üçün inşa etdirdiyi və XVIII əsrin sonlarına yaxın Sultan III Səlimin ikinci mərtəbə əlavə etdirdiyi Validə Sultan Otağının eynisini düzəltmək məqsədilə iki ay Topqapı Sarayında araşdırma aparıblar.
Malikanənin içərisində yerləşən bu otağın bir milyon dollar dəyəri olduğu bildirilir.
//oxu.az