Kəlbəcərlə bağlı BMT-nin ilk qətnaməsi - Çingiz Qənizadə ilə maraqlı MÜZAKİRƏ
    • 2-04-2024, 23:10
    • 338

Kəlbəcərlə bağlı BMT-nin ilk qətnaməsi - Çingiz Qənizadə ilə maraqlı MÜZAKİRƏ

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ”Real”a verdiyi müsahibədə beynəlxalq təşkilatların Azərbaycana qarşı tutduğu ədalətsiz mövqedən danışıb.

Çingiz Qənizadə vurğulayıb ki, BMT-də çox zaman qəbul edilən qətnamələr icra olunmayaraq kağız üzərində qalıb:

"Amma buna baxmayaraq Azərbaycan 30 ildən sonra beynəlxalq təşkilatların - BMT–nin qətnamələrində göstərilən müddəaları icra etməsələr də, dövlətimiz, ordumuz məhz bu qətnamənin tələblərini icra edərək Azərbaycanın torpaqlarını işğaldan azad etdi. Yəni, bu hüququn özü də BMT-nin qətnaməsində qeyd olunan müddəalardandır".