Ayağımızın altında sonsuz xəzinə -Yer kürəsində kavdrillion ton almaz yatağı aşkarlandı
    • 1-08-2018, 11:58
    • 1 388

Ayağımızın altında sonsuz xəzinə -Yer kürəsində kavdrillion ton almaz yatağı aşkarlandı

Alimlər Yerin ən dərin qatlarının səs dalğaları ilə tədqiqatını apararkən nəhəng almaz yataqlarına rast gəliblər.

News24.az xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, bu indiki valyuta kursu ilə 25 septillion dollar (25 sıfırlı rəqəm) deməkdir. Alimlərin fikrinə görə, bu yataqlar üzə çıxarılsa, dünya iqtisadiyyatını çökdürmək mümkündür.

Lakin, ayağımızın altında yatan bu sonsuz xəzinəyə indiki texnologiya ilə əl uzatmaq mümkün deyil. Almaz yataqlarının yerin 200 kilometr dərinliyində olduğu bildirilir.

 Bu günə qədər ən dərin qazma qurğusu Rusiyanın Kolsk superdərin qazma qurğusu hesab olunurudu ki, o da yalnız Yer qatının 12 kilometrinə qədər enə bilib. Bunun üçün qazma qurğusuna 20 il lazım gəlib.

İlhamə