-
- 7-07-2018, 10:44
- 970
Soçi sellərə qərq oldu, futbol yarışları təhlükə altında
Bu gün Soçidə futbol üzrə dünya çempionatının ¼ final mərhələsi çərçivəsində Rusiya və Xorvatiya komandaları görüşəcək. Lakin yağan güclü yağışlar nəticəsində Soçi və Adler şəhərləri sellərə qərq olub.
News24.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yağış suları bir çox küçələrdə nəqliyyatın hərəkətini iflic edib. Üstəlik keçiriləcək futbol yarışları ilə də bağlı problemlər yaranıb.
FİFA əlverişsiz hava şəraiti nəticəsində Xorvatiya komandasının məşq edəcəyi yerin sular altında qaldığını və yerin dəyişdirildiyini bəyan edib.
Yağışlı havanın bir neçə gün davam edəcəyi bildirilir.
İlhamə