Ən yaşlı və ən gənc milyarder
    • 3-04-2024, 10:54
    • 344

Ən yaşlı və ən gənc milyarder

Forbes jurnalının bu il 38-ci dəfə dərc etdiyi Milyarderlər Siyahısı dünyada milyarderlərin sayının və sərvətlərinin artdığını göstərib.

News24.az xəbər verir ki, milyarderlərin orta yaşı 66 olduğu halda, ən yaşlı milyarder 102 yaşlı amerikalı sığorta maqnatı Corc Cozef kimi qeyd olunur.

Babası elektrik avadanlıqları istehsalçısı WEG-in həmtəsisçisi olan 19 yaşlı braziliyalı Livia Voigt ən gənc milyarder kimi siyahıda yer alıb.

Qeyd edəkki, ən zəngin insanlar arasında 25 milyarderin yaşının 33 və daha gənc olduğu bildirilib. Bu insanların ümumi sərvəti 110 milyard dollar olaraq hesablanıb.

Günel Məlikzadə