Milyarder ofisində ölü tapıldı: intihar edib?
    • 24-02-2023, 18:21
    • 166

Milyarder ofisində ölü tapıldı: intihar edib?

78 yaşlı amerikalı milyarder və maliyyəçi Tomas Li Nyu Yorkun Manhetten rayonundakı ofisində ölü tapılıb.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Milyarderin intihar etdiyi bildirilib.

Qeyd edək ki, “Forbes” Linin sərvətini 2 milyard dollar dəyərində qiymətləndirir.