Rəng tələbi bu taksilərə şamil edilmir - Rəsmi
    • 3-04-2024, 12:08
    • 113

Rəng tələbi bu taksilərə şamil edilmir - Rəsmi

1 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixinədək müraciət edənlərə bu tələb tətbiq edilmir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) News24.az-a verilən məlumata görə, vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, 3 illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir.